Ermənistanın müdafiə naziri təcili Moskvaya getdi
Ermənistanın müdafiə naziri Seyran Ohanyan təcili olaraq Moskvaya gedib. APA TV-nin erməni mənbələrinə istinadən yaydığı məlumata görə, Ohanyanın Rusiyaya səfər etməsi onun beynəlxalq təhlükəsizliyə dair 5-ci sammitdə iştirak etməsi ilə əlaqələndirilir. Bununla belə erməni mətbuatı səfərin Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə əlaqəli olduğunu istisna etmir. Seyran Ohanyan Rusiya paytaxtında bir sıra ikitərəfli görüşlər keçirəcək.