Amerikalı müşahidəçilər seçkiyə hazırlığın vəziyyətindən danışdılar

Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə missiyası bu gün Bakıda mətbuat konfransı keçirdi. APA TV-nin xəbərinə görə, missiyanın üzvü, estoniyalı deputat Vladimir Velman bildirdi ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub. Artıq bir neçə gündür, məntəqələrlə və seçki prosesi ilə yaxından tanış olduğunu bildirən missiya üzvü seçkilərin keçirilməsi ilə bağlı heç bir qüsurun olmadığını söylədi. O, vətəndaşların seçkiyə hazırlığını da yüksək dəyərləndirdi.


Missiyanın ABŞ-dan olan üzvü Lidia Lavson da həmkarı ilə eyni fikri bölüşərək bildirdi ki, seçkilərə hazırlıq problemsiz davam edir. Missiya üzvləri dedilər ki, seçki ərəfəsində Azərbaycan parlamenti üzvləri ilə də görüşəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv