Son praymeriz: Tramp rəqiblərini əzib keçdi

ABŞ-da sonuncu "super çərşənbə axşamı"nın nəticələri məlum olub. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, respublikaçıların namizədi, milyarder Donald Tramp praymerizlərin keçirildiyi 5 ştatın hamısında qələbə qazanıb.

Milyarder tam əminliklə özünü iyul konventinin qalibi adlandıraraq, onunla mübarizə aparmaq üçün güclərini birləşdirmiş rəqiblərini silahı yerə qoymağa çağırıb. O, özünü prezidentliyə yeganə namizəd adlandıraraq, Ted Kruz və Con Keysikin seçki marafonundan çəkilməli olduğunu deyib.

 

Demokrat namizəd Hillari Klintona gəlincə, o, 5 ştatdan dördündə qələbə qazana bilib. Praymeriz sonrası çıxışı zamanı H.Klinton Berni Sandersin seçicilərinə müraciət edərək, onları öz tərəfinə keçməyə çağırıb.

 

Berni Sanders isə Rod-Aylend ştatında qələbə qazanmağa müvəffəq olub və Hillari Klintondan geri qalmasına baxmayaraq, mübarizəni davam etdirəcəyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv