Həccdən imtina edən zəvvarlar pullarını ala bilməyəcəklər
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarətdən imtina ilə bağlı yazılı xəbərdarlıq edib və şərtlərini açıqlayıb.
QMİ-dən APA-ya verilən məlumata görə, idarədə qeydiyyatdan keçən zəvvarlardan ziyarət gününə 30 gündən az qalmış səfərdən imtina etdiyi halda, ödədiyi vəsait geri qaytarılmayacaq.
Zəvvar səfərdən 30 gün öncə imtina edərsə, bu vəsaitin 25 faizini ala biləcək. 60 gün öncə imtina edəcəyi təqdirdə ödədiyi pulun 50 faizi, 90 gün öncə imtina edərsə, məbləğin hamısı qaytarılacaq. Bu şərtlər QMİ-nin səfər qeydiyyatı zamanı zəvvara təqdim etdiyi müqavilənin 5-ci bəndində qeyd olunub.