Bakıda 6 nəfərlik silahlı dəstə zərərsizləşdirildi

Bakıda silahlı dəstə zərərsizləşdirilib.

 

APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov,  1985-ci il təvəllüdlü Orxan İbrahimov, 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov saxlanılıblar.

 

K.Quliyevin üzərindən 2, 254 qram heroin, idarə etdiyi avtomobildən isə 1 ədəd nömrəsiz “Naqan” tipli tapança və 4 ədəd güllə, N. İbayevin üzərindən 2, 688 qram heroin, idarə etdiyi avtomobildən 1 ədəd avtomat, 1 ədəd içərisində 22 güllə olan daraq, N.Həşimovun üzərindən heroin, O.İbrahimovdan isə qurudulmuş marixuana, M.Məmmədovun üzərindən "Makarov" tipli tapança və 3 ədəd güllə aşkar edilərək götürülüb.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv