Ermənilər yaralılarının sayını açıqlamağa başladılar

Aprelin 26-dan 27-nə keçən gecə ermənilərin atəşkəsi pozmasından sonra Azərbaycan Ordusunun cavab zərbələri ilə düşmənin üç hərbçisi yaralanıb. APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlama verib.

O, hərbçilərin vəziyyətinin ağır olduğunu bildirib. Adı açıqlanmayan əsgərlərdən birinin onurğa sütunun zədələndiyi, digərinin başından yaralandığı, üçüncüsünün yaralarının isə nisbətən yüngül olduğunu qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv