Rza Zərrab məhkəməyə ayaqları zəncirli gətirildi

ABŞ-ın Mayamı şəhərində həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab məhkəmə qarşısına çıxarılıb.

 

APA TV-nin məlumatına görə, Rza Zərrabın işinə Nyu-Yorkun Manhetten məhkəməsində baxılır.

 

ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqla bu ölkəyə yüz milyonlarla dollar ziyan vurmaqda təqsirli bilinən Rza Zərrab ittihamları rədd edib.

 

Rza Zərrab məhkəməyə məhkum geyimində, ayaqları zəncirli, əlləri isə açıq vəziyyətdə gətirilib.

 

Məhkəmənin ilk iclası başa çatıb. Növbəti iclas iyunun 16-na təyin edilib.

 

Qeyd edək ki, iş adamı martın 19-da Mayami hava limanında ABŞ ərazisinə daxil olmaq istəyərkən Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən tutulub və məhkəmədə barəsində həbs qərarı çıxarılıb. Rza Zərrab Birləşmiş Ştatların Oklahoma ştatındakı həbsxanada bir həftə saxlanıldıqdan sonra təyyarə ilə Nyu-Yorka aparılıb. 

Müəllif | Apa.Tv