Bakıda xanım sürücü zəncirvari qəza törətdi

Bakıda xanım sürücü ağır zəncirvari yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində baş verib.

 

Prospektlə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan KİA markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkət edən BMW-yə çırpılıb. Bundan sonra KİA-nın qadın sürücüsü idarəetməni itirib. Nəticədə bir neçə dəfə aşan avtomobil işıqforda dayanan sərnişin avtobusuna çırpılıb.

 

Qəza zamanı avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb. KİA-nın sürücüsü isə xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

 

Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya xanım sürücü səbəb olub. Lakin hadisənin dəqiq səbəbi ərazidəki müşahidə kameralarının görüntülərinin köməkliyi ilə müəyyənləşəcək. 

Müəllif | Apa.Tv
Apa.tv