Poçta girən oğru işıq-qaz pullarını apardı
Cəlilabadda oğurluq faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 8-də günorta saatlarında şəhərin Mirzə Fətəli Axundov küçəsindəki 1 saylı poçt şöbəsində baş verib. Naməlum şəxs və ya şəxslər binanın pəncərələrindəki metal barmaqlıqları xüsusi alətlərlə kəsərək içəri daxil olublar. Onlar buradan abonetlərdən yığılmış kommunal xərclər üçün pulların saxlandığı seyfi oğurlayıblar. Seyfdə nə qəfər pulun olub-olmaması barəsində hələlik məlumat verilmir. Poçtdakı digər texniki avadınlıqlara isə toxunulmayıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.