Neft bahalaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, dünən səhər seanslarında “Brent” markalı neftin bir bareli  46,26 dollara satılırdısa, bu gün qiymət 46,93 dollaradək yüksəlib. Qərbi Texas nefti də dəyər qazanmaqdadır. Dünən 44,51 dollardan satılan WTI nefti bu gün birjaların səhər seanslarında 45 dollardan satılıb. Treyderlər Səudiyyə Ərəbistanı və Küveytin bəzi neft yataqlarında hasilatın aşağı düşməsinin qiymətlərin yüksəlməsinə dəstək olduğunu qeyd edirlər. Sabah axşam birjalarda həftənin son hərraclar keçiriləcək. Ekspertlər neft qiymətlərinin həftə sonunun yüksək hədlərdə bitirəcəyini proqnozlaşdırır. 

Müəllif | Apa.Tv
Apa.tv