Gürcüstan Türkiyəyə torpaq qaytardı - 40 İL SONRA

Türkiyə Gürcüstandakı torpaq sahəsini 40 il sonra geri alıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iki ölkə arasındakı sərhədi müəyyənləşdirən Çaksu çayının 40 il öncə yatağını dəyişməsi nəticəsində 1,5 hektarlıq ərazinin Gürcüstanda qalmasından sonra Türkiyənin başladığı danışıqlar bu ölkə üçün uğurla bitib.

 

Əldə olunan razılaşmaya görə, Gürcüstanda qalan torpaq Türkiyəyə verilib. Protokola əsasən, bəzi yerlərdə çayın yatağı 90 metr geri çəkiləcək.

Müəllif | Apa.Tv
Apa.tv