Mərkəzi Bank ARDNF-dən 10 mln. dollar aldı

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 32,4 mln. dollar məbləğində vəsait 14 banka, 10 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv