Bakıda ata oğlunun sevgilisini qətlə yetirdi - TƏFƏRRÜAT

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş vermiş qətlin təfərrüatı məlum olub.

 

APA TV-nin məlumata görə, qətli törədən 1952-ci il təvəllüdlü Yuri Raskov ruhi xəstə imiş. O, uzun müddət ruhi-əsəb xəstəlikləri dispanserində qalıb. Bir müddət əvvəl isə oğlu onu oradan çıxararaq evə gətirib ki, normal həyata qayıtsın.

 

Y.Raskovun oğlu 1982-ci il təvəllüdlü İnna Berezuyeva ilə qeyri-rəsmi yaşayırmış. Hadisə baş verən gün isə oğlu işdə olduğundan, qayınata gəlini ilə evdə tək olub. Yuri Raskov hələlik məlum olmayan səbəbdən onunla mübahisə edib, daha sonra isə 18 bıçaq zərbəsi ilə gənc qadını qətlə yetirib.

 

Yuri Raskov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv