Ermənilər cəbhə boyu kəndlərimizdə məktəbləri hədəfə alıb, dərslər pozulub - RƏSMİ

"Ermənistan ordusu cəbhə xəttinə yaxın ərazilərdəki təhsil müəssisələrini də atəşə tutur".
 

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, aprelin 27-dən 28-nə keçən gecə cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində bir sıra təhsil müəssisəsinə də ciddi zərər dəyib.

 

Ümumilikdə işğalçı Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində cəbhə xəttində yerləşən bölgələrin ümumi təhsil müəssisələrində tədris prosesi pozulub.

Müəllif | Apa.Tv
Apa.tv