Zaqatalada poçt binasından içi pul dolu seyf oğurlandı
Zaqatalada “Azərpoçt”un ofisindən içərisində pul olan seyf oğurlanıb.
APA TV-nin məlumata görə, aprelin 27-i gecə saatlarında “Azərpoçt” MMC-nin Zaqatalanın Muğanlı kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.
Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.