Bakıda ağlasığmaz cinayət: 13 yaşlı qızı fotoları ilə şantaj etdi

Binəqədi RPİ-nin əməkdaşları 13 yaşlı qızı şantaj edərək pul almaq istəyən 26 yaşlı Namiq Eldar oğlu Əliyevi saxlayıblar.

 

APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, 13 yaşlı qız valideynlərindən xəbərsiz sosial şəbəkədə qeydiyyatdan keçib və öz həmyaşıdı olan başqa bir qızla, əslində isə özünü qız kimi təqdim edən Namiq Əliyevlə tanış olub.

 

Uzun müddət söhbət etdikdən Namiq azyaşlı qızdan profilinin şəkilsiz olmasının səbəbini soruşub. 13 yaşlı məktəbli qız "Qeydiyyata valideynlərimdən xəbərsiz düşmüşəm, bilsələr, məni öldürərlər" deyib. Bundan sonra 26 yaşlı gənc qarşı tərəfdən ona şəkillərini göndərməyi xahiş edib. Bir neçə şəkil alandan sonra məktəbli qıza "mən oğlanam" deyib və şəkillərini paylaşmaması üçün 250 manat pul gətirməyi tələb edib: "Bilirdi ki, qızam, şəkillərini göndərirdi. Sonra dedim oğlanam. Pul ver, atana deməyim".

 

Namiq Əliyevin saxlanmasına səbəb qızın valedeynlərinin polisə müraciət etməsi olub. Faktla bağlı araşdırmalar davam edir. 

Müəllif | Apa.Tv