Fransada ara qarışdı: ölkənin 200 yerində aksiya keçirildi
Fransada əmək bazarı ilə bağlı qəbul edilmiş yeni qərarla əlaqədar ölkənin 200 yerində kütləvi aksiyalar keçirilib.
APA TV-nin "Euronews"ə istinadən verdiyi məlumata görə, Fransa polisi icazəsiz aksiya keçirənlərə sərt müdaxilə edib.
Parisin "Nation" (Nasion) Meydanında aksiya iştirakçılarının arasına qarışan 200-300 nəfərlik qrup polisə hücum edib. Baş verən qarşıdurma zamanı 1-i ağır olmaqla 2 polis yaralanıb. 5 aksiya iştirakçısı isə saxlanılıb.
Nantes şəhərində baş verən qarşıdurmada 25, Marsel şəhərində isə 57 nəfər polis tərəfindən tutularaq müvafiq polis şöbəsinə aparılıb.