Dünya bazarında neftin qiyməti 48 dollara yaxınlaşır
Dünya bazarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin qiyməti 47,77 dollara çatıb ki, bu da 2015-ci ildə qeydə alınan ən yüksək rəqəmdir. Qərbi Texas neftinin qiyməti də illik rekordu təzələyib. WTI nefti hazırda hərraclarda 46,02 dollardan satılır. Neftin sürətlə bahalaşmasına ABŞ-da neft hasilatının azalması səbəb olub. Hazırda Birləşmiş Ştatlarda gündəlik neft hasilatı 8,938 milyon barelə enib. Bu göstərici ölkədə sonuncu dəfə 2014-cü oktyabr ayında qeydə alınıb. Dünya bazarında neftin qiymətinə təsir göstərən digər amillər Səudiyyə Ərəbistanı və Küveytin bəzi neft yataqlarında hasilatın müvəqqəti dayanması, bazarda neftə tələbatın artmasıdır.