Suriyada can alan atəşkəs: Hələb bombalandı

Suriyada atəşkəs elan olunmasına baxmayaraq, ölkədən yenə də ölüm xəbərləri gəlir.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, ötən gün Hələb şəhərinə hava hücumu olub. Nəticədə 1 xəstəxana və ətrafındakı binalar uçub. Hadisə nəticəsində 3-ü uşaq olmaqla 27 nəfər həyatını itirib.

 

Ərazidə çalışan xilasedicilərin sözlərinə görə, ölü sayı 50-yə yaxındır. Dağıntılar arasında qalanların çıxarılması üçün bölgəyə əlavə xilasedici qruplar göndərilib. Ölü sayının artacağı istisna edilmir.

 

Qeyd edək ki, hava hücumunun kim tərəfindən həyata keçirildiyi hələlik bilinmir.

Müəllif | Apa.Tv
Apa.tv