Azərbaycanlı Çeçenistanın səhiyyə naziri oldu

Rusiyanın Çeçenistan Respublikasının səhiyyə naziri vəzifəsinə azərbaycanlı Elxan Süleymanov təyin olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz "İnstagram" səhifəsində yazıb.

 

O, Respublika Onkologiya Dispanserinin baş həkimi vəzifəsində çalışan Elxan Süleymanovu Çeçenistanın səhiyyə naziri təyin etdiyini bildirib.

 

Qeyd edək ki, Elxan Süleymanov Azərbaycan Tibbi Universitetini fərqlənmə diplomu ilə bitirib. Bir müddət Bakıdakı Onkoloji Mərkəzdə işləyib. Moskva N.N.Bloxin adına Rusiya Onkoloji Mərkəzinin bazasında aspiranturanı bitirən E.Süleymanov tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnib. ABŞ və Almaniyada təcrübə keçib.

Müəllif | Apa.Tv
Apa.tv