Gürcüstanda nə qədər azərbaycanlı və erməni yaşayır? - STATİSTİKA
Gürcüstanda 233 min azərbaycanlı yaşayır. APA-nın məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Komitəsinin əhalinin siyahıya alınmasının nəticələri ilə bağlı 28 aprel tarixli açıqlamasında deyilir.
Azərbaycanlılar ölkə əhalisinin ümumilikdə 6,3 faizini təşkil edir. Siyahıya alınma 2014-cü ilin noyabrında aparılıb, Abxaziya və Cənubi Osetiyanı çıxmaqla ölkənin 82 faiz ərazisini əhatə edib. Nəticəyə əsasən, Gürcüstanda 3,7 milyon insan yaşayır və son 12 ildə ölkə əhalisi 15 faiz azalıb.
Əhalinin 3 milyon 224 min 600 nəfəri gürcü, 168 mini erməni və 26 min 500 nəfəri rusdur.