Naxçıvanda baş mühasib maşınla iki qadını vurub - ÖLÜM HADİSƏSİ

Naxçıvan şəhəri ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin DİN-in saytına istinadən verdiyi məlumata görə, şəhər sakini Məhərrəm Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri Səkinə Abdullayevanı və Pərvanə Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayeva və P.Əliyeva aprelin 28-də orada ölüblər.

 

Məhərrəm Bağırov Naxçıvan şəhər Təhsil Şöbəsində baş mühasib işləyir. Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv