Sahil qəsəbəsində bir neçə küçə təmir olunur
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsinin bir neçə küçəsində eyni vaxtda təmir işləri aparılır.
APA TV-nin xəbərinə görə, bunlar Emin Quliyev küçəsinin 360 metr, Zahid Qasımov küçəsinin 530 metr, Rövşən Rzayev küçəsinin 210 metr və Bəxtiyar Əliyev küçəsinin 550 metr uzunluğunda olan hissələridir.
Təmir işləri çərçivəsində Emin Quliyev küçəsinin 3600 kv. m , Zahid Qasımov küçəsinin 3700 kv. m , Rövşən Rzayev küçəsinin 1500 kv. m , Bəxtiyar Əliyev küçəsinin isə 4200 kv. m hissələri olmaqla, ümumilikdə 13 min kv. m əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bundan başqa, Emin Quliyev küçəsində 400 paqon-metr səki daşı da yenisi ilə əvəzlənib.