Dolların mayın ilk iş gününə olan rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı şənbə, bazar və gələn bazar ertəsinin valyuta məzənnələrini aşıqlayıb. Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, qarşıdakı üç gün ərzində 1 ABŞ dollarının məzənnəsi mayın 2-nə qədər dəyişməyərək 1,5072 səviyyəsində müəyyən olunub.


Xatırladaq ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün, cümə günü isə şənbə və bazar da daxil olmaqla, qarşıdakı həftənin bazar ertəsi günü üçün də açıqlayır.


 

 

Müəllif | Apa.Tv
Apa.tv