Hacıqabulda "NİVA" aşdı, ər və arvadı ağır xəsarət aldılar

Hacıqabulda baş verən avtoqəzada ər və arvad xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax yolunun 136-cı kilometrliyində, Muğan kəndi ərazisində Bərdə rayon Alaçadırlı kənd sakini, 1952-ci il təvəllüdlü Quliyev Lazım Məmmədqulu oğlu idarə etdiyi "NİVA" markalı avtomobili beton səddə çırpıb və avtomobil yoldan çıxaraq aşıb.


Nəticədə sürücü və avtomobildə olan sürücünün həyat yoldaşı, 1952-ci il təvəllüdlü Bağırova Roza İslam qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.


Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv