Prezident İlham Əliyev: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır”

“Azərbaycan dövləti sosial məsələləri daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşüb, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıb”. APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır və Azərbaycan bu istiqamətdə də liderlik göstərir:

“Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq. 2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıb. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır, o cümlədən Ağsu rayonunda. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaq. Sahibkarlıqla bağlı çox ciddi addımlar atılıb. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir”.

Prezident bildirib ki, keçmişdə ənənəvi olan sahələr indi yenidən canlanır. Dövlət başçısı xatırladıb ki, pambıqçılığın inkişafı ilə bağlı göstərişlər verilib. Prezident İlham Əliyev əlavə edib ki, artıq işlər başlayıb və o cümlədən Ağsu rayonunda bu il 1000 hektardan çox sahədə pambıq əkiləcək:

“Sovet dövründə Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük zəhməti, səyləri nəticəsində hər il 800 min, 900 min, hətta 1 milyon ton pambıq istehsal olunurdu. Mən statistikaya baxdım. Keçən il cəmi 35 min ton pambıq istehsal olunub. Bu il 50 min hektarda pambıq əkiləcək. Əkin başlayıb və biz ən azı 100 min ton məhsul gözləyirik. Yəni, keçən ildən fərqli olaraq 3 dəfə çox. Ağsu rayonunda isə Sovet dövründə 5 min hektar pambıq əkilirdi. Bu il 1000 hektardan çox əkiləcək. Əminəm ki, gələn il siz Sovet dövründəki səviyyəyə çatacaqsınız. Bu, yerli istehsal, iş yerləri deməkdir. İnsanlar yaxşı pul qazanacaqlar və biz ixracyönümlü məhsul əldə edəcəyik”.

Prezident deyib ki, neftin qiymətinin aşağı düşməsi ilə bağlı Azərbaycanın valyuta gəlirləri  azalıb və bu, təbiidir: 

“Əgər neftin qiyməti 4 dəfə düşürsə, - yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, - demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur. Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda son 12 il ərzində bir milyondan çox daimi iş yeri, ümumilikdə isə təxminən 1 milyon 300 min iş yeri açılıb:

“Ancaq əhali də artır. Əhali artdıqca iş yerlərinin açılmasına daha da ehtiyac var. Ona görə, bu, daimi proses olmalıdır”.

Prezidentin sözlərinə görə, Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır, iqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir.

Müəllif | Apa.Tv