Azərbaycanın ən yaşlı seçicisi harada səs verəcək?

Prezident seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 4 milyon 986 min 296 nəfərdir.  Onlardan 2 milyon 462 min 983 nəfəri qadın, 2 milyon 523 min 313 nəfəri isə kişidir. APA TV-nin xəbərinə görə, seçicilərin 49,4 faizini qadınlar, 50,6 faizini isə kişilər təşkil edir. Bu il 113 min 977 nəfər ilk dəfə səsvermə hüququ əldə edib. Azərbaycanda seçicilərin əsas hissəsini gənclər, yəni 19-30 yaş qrupuna daxil insanlar təşkil edir. Uzunömürlülər diyarı sayılan ölkəmizdə yaşı 85-dən çox olan 34 min 263 seçici var. Onlardan 27 min 14 nəfərin yaşı 85-90, 6424 nəfərin yaşı 90-100 arasındadır. Ölkəmizdə yaşı 100 nəfəri keçən seçicilərin sayı isə 825 nəfərdir. Ən yaşlı seçici isə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi ərazisində yaşayan 124 yaşlı Dadaşova Gözəl Əmir qızıdır.

Müəllif | Apa.Tv
Apa.tv