Xudat şəhər xəstəxanasında partlayış olub

Gecə saatlarında Xudat şəhərində qaz sızması nəticəsində partlayış qeydə alınıb. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, partlayış Xudat şəhər xəstəxanasının təmirə bağlanan stomatoloji şöbəsində baş verib. 35 kvadrat metr olan otaqda qeydə alınan hadisə nəticəsində bir nəfər xəsarət alıb. Xudat şəhər sakini 55 yaşlı Zaur Məhərrəmova hər iki əlin birinci və ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxsin vəziyyəti yaxşıdır.

 

İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv