Talış kəndi istiqamətində düşmənin iki hərbçisi məhv edildi

Erməni tərəfi cəbhədə növbəti itkilərə məruz qaldığını açıqlayıb.

 

APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, aprelin 30-na keçən gecə işğal altındakı Dağlıq Qarabağın şimalında, Talış kəndi istiqamətində 2 hərbçi ölüb. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə və atəş nöqtələrinə cavab zərbələri endirilir.  

Müəllif | Apa.Tv
Apa.tv