Ermənilərin Rusiyaya daha bir etirazı: Bizə qazı Avropa qiymətindən baha satırsınız

Rusiya hazırda Avropaya qazı Ermənistandan daha ucuz qiymətə ixrac edir. APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu fakt ermənilərin növbəti etirazına səbəb olub.


Rusiya qazının ixracı ilə bağlı orta müqavilə qiymətləri 2016-cı ildə Almaniya üçün 14,6 faiz endirilib. Ötən ay "Qazprom"un bu ölkəyə ixrac etdiyi "mavi yanacaq"ın dəyəri hər min kubmetr üçün 147,2 ABŞ dolları təşkil edib.

Beynəlxalq Valyuta Fondu Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin apardığı monitorinqə istinadən faktı təsdiqləyib.

2015-ci ikin mart ayı ilə müqayisədə Rusiyanın Avropaya satdığı qazın qiyməti 56% ucuzlaşıb. 2016-cı ilin ilk iki ayında qiymətlər Avropa üçün hər 1000 kubmetrə 167,6 dollar təşkil edib.

Xatırladaq ki, ABŞ-ın da Avropaya sıxılmış maye qaz ixracına başlamasından sonra qiymətlərin daha da ucuzlaşacağı gözlənilir

Xatırladaq ki, Rusiya son dövrlərə qədər Ermənistana mavi yanacağın hər 1000 kubmetrini sərhəddə 165 dollara satırdı. Dmitri Medvedyevin iki həftə əvvəl İrəvana səfəri zamanı satılan qazın qiyməti 165-dən 150 dollara endirilib. Ermənilər Rusiyanın Ermənistana Avropa qiymətlərindən baha qaz satmasına etiraz edirlər.  

Müəllif | Apa.Tv
Apa.tv