APA Holdingin sifarişi ilə 835 məntəqədə - EXİT POLL
Dünyada geniş yayılmış “çıxışda sorğu” praktikası seçkilərdə özünü daim doğruldan üsullardandır və seçkilərin ehtimal olunan proqnozlarını nisbi xətalarla operativ şəkildə müəyyənləşdirməyə imkan verir. Bu məqsədlə seçki məntəqələrindən çıxan seçicilərdən anonimlik qorunmaqla namizədlərdən kimə səs verdiyi soruşulur, cavablar ümumiləşdirildikdən sonra artıq səsvermə bitən anda hansı namizədin qalib gəldiyini təxmin etmək mümkün olur. Exit-pollun nəticələri informativ xarkater daşıyır. Bu metod ilk dəfə 1967-ci ildə ABŞ-ın Kentukki ştatında, qubernator seçkilərində tətbiq olunub. Exit-poll ideyasının müəllifi jurnalist Uorren Mitofskidir.
Prezident seçkilərində Birləşmiş Ştatların nüfuzlu Arthur J. Finkelstein & Associates şirkəti də APA Holdingin sifarişi ilə exit-poll keçirəcək. Exit-pollun ölkə üzrə 100 seçki dairəsinin 835 məntəqəsində keçirilir. Şirkəti Azərbaycana qurumun media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı və AJF-nin icraçı direktoru Barbara Fiala imzalayıblar.
Müqaviləyə əsasən, AJF seçki günü APA İnformasiya Agentliyinin sifarişi və tərəfdaşlığı ilə “exit-poll” keçirəcək. Şirkət həmçinin seçki kampaniyası dövründə sorğular keçirib, zəruri məsləhətlər verib.
AJF ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət “exit-poll”, rəy sorğuları, analiz, media strategiyası və imic məsləhətləri kimi xidmətlər göstərir.
Şirkət nümayəndələri 40 il ərzində ABŞ, Kanada, İsrail və Şərqi Avropada müxtəlif siyasi kampaniyalarda məsləhətçilik edib, sorğular keçirib, strategiyalar hazırlayıblar.
Prezident seçkilərində exit-poll keçirmək üçün bir neçə yerli təşkilat da MSK-da qeydiyyatdan keçib.