Yağış yağacaq, külək əsəcək - 1 MAY HAVASI
Ölkə ərazisində müşahidə edilən qeyri sabit hava şəraiti may ayının 3-ə kimi davam edəcək. APA TV-nin məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev açıqlama verib.
"Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, şimşək çaxacağı gözlənilir".
Baş hidroloq əlavə edib ki, Mərkəzi Aran rayonlarında 16-21 dərəcə, dağlıq rayonlarda isə 6-11 dərəcə isti gözlənilir.
"Bakıda və Abşeron yarımadasında isə may ayının 1-i və 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı, şimal qərb küləyinin əsəcəyi gözlənilir".
Havanın temperaturu gündüz saatlarında 15-20 dərəcə isti təşkil edəcək.