Lavrov və Kerri Dağlıq Qarabağ problemini müzakirə ediblər

Rusiya və ABŞ xarici işlər nazirləri növbəti telefon danışığında Dağlıq Qarabağ münaqişəsi və Suriya böhranını müzakirə ediblər. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, diplomatlar Suriyada terrorçulara qarşı mübarizədə birgə səylərin gücləndirilməsini davam etdirməyin, müharibədən əziyyət çəkən yaşayış məntəqələrinə humanitar yardımın çatdırılmasının vacibliyini qeyd ediblər.

Rusiya XİN başçısı və ABŞ Dövlət Departamentinin baş katibi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və Ukraynanın şərqində baş verənlərdən narahatlıq ifadə ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv