Şəkinin daha bir kəndinə təbii qaz verildi

Şəki rayonunun Aşağı Göynük kəndinə təbii qaz verilib.

APA TV-nin məlumatına görə, 651 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 947 metr uzunluğunda müxtəlif diametrli polietilen və 57 170 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 651 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.  

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

 

Sonda 651 abonenti olan kəndə mavi yanacağın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, evlərdən birində qazın təzyiqi yoxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv