Kürdəmirdə "Nissan" "KamAZ"a çırpıldı: 4 yaralı

Kürdəmirdə 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun 197-ci kilometrliyində, Kürdəmir rayonunun Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Qaraqocalı kənd sakini 1979-cu il təvəllüdlü Aqil Cabir oğlu İsayev "KamAZ" markalı yük maşınını yolun kənarında saxlayıb. Bu vaxt  1955-ci il təvəllüdlü Hakim Həsən oğlu Məsimov idarə etdiyi "Nissan" markalı minik maşınını "KamAZ"a çırpıb. Nəticədə, hər iki maşının sürücüsü və minik maşınında olan sərnişinlər, Şəmkir rayon sakinləri Tural Zöhrab oğlu Abbasov və hələlik soyadı məlum olmayan  Sadiq adlı şəxs  Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırmalara başlanıb.  

Müəllif | Apa.Tv
Apa.tv