3500 zəvvar səs verə biləcək
Seçkilərin keçirilməsi üçün ölkə üzrə 125 seçki dairəsi yaradılıb. Səsvermə hüququna sahib olan vətəndaşlarımız 5273 seçki məntəqəsinə gedərək öz seçimlərini edəcəklər. APA TV-nin xəbərinə görə, seçkilərin gedişini 87 ölkədən 34 beynəlxalq təşkilatın təmsilçiləri izləyəcəklər. Səsverməni izləmək üçün müşahidə missiyası göndərən beynəlxalq təşkilatlar arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA, GUAM, Avropa Parlamenti və digər qurumlar da var. Ümumilikdə seçkiləri müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasında 51 min 898 yerli və xarici müşahidəçi qeydiyyatdan keçib. 6 min 30 müşahidəçi ölkə üzrə, 45 min 868 müşahidəçi isə dairələr üzrə bu missiyanı həyata keçirəcəklər.
Seçkilər müqəddəs Həcc ziyarəti dövrünə təsadüf edir, 3500-dək zəvvarın səsvermə hüququndan istifadə edə bilməsi üçün Məkkədə seçki məntəqəsi yaradılıb. Bu 3500-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirakı təmin olunacaq. Bundan başqa, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri nəzdində də seçki məntəqələri yaradılıb, bu məntəqələrdə səs vermək üçün hazırda xaricdə olan 12 minədək Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
Bu gün keçirilən seçkilərdə ilk dəfə səs verəcək Azərbaycan vətəndaşlarına seçki məntəqəsində xatirə vəsiqəsi də veriləcək.