İraqda ard-arda iki partlayış: 38 ölü, 86 yaralı

İraqın cənubunda, əs-Səməva şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 38-ə çatıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, partlayışlar zamanı 86 nəfər yaralanıb.

 

Əs-Səməva şəhərinin mərkəzində minalanmış iki avtomobil partladılıb. Maşınlardan biri inzibatı bina, digəri isə avtobus dayanacağı yaxınlığında partlayıb.

 

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

Müəllif | Apa.Tv