Rusiyada baş verən dəhşətli yanğın belə GÖRÜNTÜLƏNDİ
Rusiyada dəhşətli yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın Tomsk vilayətindəki ağac-oduncaq anbarında qeydə alınıb.
Yanğınsöndürənlər alovun qarşısını almaq üçün 12 saatdan çox mübarizə aparıblar. Ağac məmulatları alovun yayılmasını sürətləndirib. Bunu nəzərə alaraq hadisə yerinə əlavə texniki vasitə və canlı qüvvələr də göndərilib. Ərazidə 150-dən çox yanğınsöndürən, 30 texnika çalışıb.
Alov lokallaşdırılsa da, qarşısını tam almaq mümkün olmayıb. Hadisə nəticəsində ölən və ya yaralanan qeydə alınmayıb.