“Qarabağ” Azərbaycan çempionudur! - QOLLAR

“Qarabağ” Azərbaycan çempionu olub. APA TV-nin  məlumatına görə, ağdamlılar Topaz Premyer Liqasının XXXII turunda səfərdə əsas rəqibi “Zirə”ni məğlub edərək sona 4 tur qalmış aradakı xal fərqini 15-ə çatdırıb və izləyicisi üçün əlçatmaz olub.

 

Bu, Ağdam klubunun tarixində ümumilikdə 4-cü belə uğuru olub. “Köhlən atlar” çempionluq sayına görə yalnız “Neftçi”dən (8 çempionluq) geri qalaraq, bu sahədə ikinci sırada qərarlaşıb.

 

Qurban Qurbanovun yetirmələri ardıcıl üçüncü dəfə turnir cədvəlinin ən yüksək pilləsinə yüksəlməklə bu göstəricidə də "Neftçi"nin uğurunu təkrarlayıb.

Müəllif | Apa.Tv