Neft həftəyə cüzi ucuzlaşmaqla başladı
Həftənin ilk günündən dünya bazarında neft ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, iki günlük fasilədən sonra fəaliyyətini bərpa edən birjalarda “Brent” markalı neft 46,85 dollardan satılır. Birjaların ilk seanslarında neftin start qiyməti 47.37 dollar olsa da, bir neçə saat ərzində qiymət təxminən 50 sent aşağı düşüb. Qərbi Texas nefti də azacıq ucuzlaşıb. Həftənin son seansında 46,02 dollardan satılan WTI nefti indi 45,52 dollardan satılır. Ekspertlərin fikrincə, neftin ilk seanslarda 50 sent ucuzlaşması onun real dəyərini əks etdirmir. İlk hərraclarda həmişə qiymətin ucuzlaşması qeydə alınır və neftin real bazar qiyməti günün sonuna yaxın müəyyənləşir.