Türkiyədə hərbçilərə terror hücumu: 1 şəhid, 26 yaralı

Türkiyənin Diyarbəkir əyalətinin Diclə rayonunda törədilən partlayış nəticəsində 1 hərbçi şəhid olub, 26 nəfər yaralanıb.

 

APA TV-nin məlumatına görə, terror hücumu  jandarm binası yaxınlığında qeydə alınıb. Partlayışdan sonra aralarında mülki vətəndaşların də olduğu yaralılar helikopter və təcili yardım maşınları ilə Diyarbəkir Hərbi Hospitalına göndərilib.

 

Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir. Terror hücumundan sonra bölgədə təhlükəsizlik tədbirləri daha da artırılıb. 

Müəllif | Apa.Tv
Apa.tv