Tarkan evləndi

Türkiyənin tanınmış müğənnisi Tarkan evlənib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, tanınmış ifaçı ötən gün sevgilisi Pınar Diləklə nikah masasına əyləşib.

 

Sadə mərasimlə İstanbuldakı villasında ailə quran müğənni nikah mərasiminə ən yaxın dostlarını və ailə üzvlərini dəvət edib. 

 

Qeyd edək ki, Tarkan Pınar Diləklə 5 ildən çoxdur sevgilidir. Cütlük Tarkanın konsertlərindən birində tanış olub.

Müəllif | Apa.Tv
Apa.tv