Türkiyə Suriyada hərbi əməliyyatlara başladı

İŞİD-in mayın 1-də Türkiyənin Kilis bölgəsinə hücum etməsindən sonra Türkiyə hərbi təyyarələri terrorçuların mövqelərinə aviazərbələr endirb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, nəticədə, terrorçuların adı çəkilən bölgədə gizləndikləri 5 mövqe darmadağın edilib. Hava hücumları zamanı həmçinin 34 terrorçu öldürülüb.

 

Bu arada koalisiya qüvvələri də İŞİD-ə qarşı hava hücumlarını davam etdirir. Ötən gecə koalisiyanın pilotsuz uçan aparatlardan bölgəyə endirdiyi zərbələr nəticəsində ümumilikdə 29 terrorçu zərərsizləşdirilib. Bununla da ötən gün məhv edilən İŞİD üzvlərinin sayı 63 nəfərə çatıb.

Müəllif | Apa.Tv
Apa.tv