Şimali Koreyada toy və yas mərasimləri qadağan edildi

Şimali Koreyada toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu qərar hakim Əmək partiyasının 36-cı qurultayı ərəfəsində verilib.

Hökumət bu addımın təhlükəsizlik baxımından vacib olduğunu bildirib. Paytaxtda isə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Çinlə sərhəd bölgələrdə fövqəladə vəziyyət elan edilib.

Qurultay mayın 6-da baş tutacaq. Toplantıda vacib qərarların veriləcəyi gözlənilir. Ölkədə həmçinin pirsinq və cins geyimlərin də istifadəsi qadağan edilib.

Müəllif | Apa.Tv
Apa.tv