Obama Trampı tənqid etdikdən sonra mikrofonu yerə atdı

ABŞ-dakı seçkiöncəsi marafonun liderləri olan Hillari Klinton və Donald Tramp mayın 3-də İndianapolis ştatında keçiriləcək növbəti praymerizə hazırlaşır.

 

APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, əgər respublikaçıların lideri bu partiyadaxili seçkilərdə də qələbə qazanarsa, digər rəqiblərinə heç bir şans verməyəcək.


Milyarderin özü isə İndianapolisdə də qalib gələcəyinə tam əmin olduğunu açıqlayıb. O deyib ki, partiyadaşları heç bir şəkildə onunla real rəqabət aparmağa qadir deyil. Donald Tramp növbəti dəfə rəsmi Vaşinqtonun Pekinlə iqtisadi əməkdaşlıq siyasətini tənqid edib.

 

Ağ Ev rəhbəri Barak Obama Trampın fikirlərini diqqətdən kənarda qoymayıb. Jurnalistlərlə görüşü zamanı B.Obama milyarderə elə özünün təşkil etdiyi "Miss Kainat" gözəllik yarışmasının qalibi ilə sevgi macərasının olduğunu xatırladıb və deyib ki, bu, Donald Trampın xarici siyasətdə əldə etdiyi ən böyük nailiyyətidir.


Vida çıxışı zamanı jurnalistlərə təşəkkür edən prezident çıxışını yaddaqalan formada bitirmək üçün "Obama aut" ifadəsini işlədib və əlindəki mikrofonu yerə atıb.

Müəllif | Apa.Tv
Apa.tv