Erməni tərəfi daha bir itki verdi
Erməni silahlı birləşmələrinə endirilən əks-zərbələr nəticəsində qarşı tərəfin yaralanan əsgəri xəstəxanada ölüb.
APA TV-nin məlumatına görə, 1996-cı il təvəllüdlü sıravi Sarkis Qasparyan Xankəndindəki xəstəxanada keçinib.
O, aprelin 29-da Azərbaycan Ordusunun cavab atəşi nəticəsində yaralanıb. Atışma Dağlıq Qarabağ cəbhəsinin şimal istiqamətində baş verib. Qasparyan Ermənistanın işğal altında saxladığı Şuşa şəhərində doğulub. Əsgər Xankəndindəki Mesrop Maştots Universitetinin 2-ci kurs tələbəsi olub.