Xaçmazda "Jiquli" 44 yaşlı kişini vurdu
Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisində, magistralın 26-cı km-də qeydə alınıb.
“VAZ-2106” markalı avtomaşın 1972-ci il təvəllüdlü piyada Əfəndiyev Təbriz İkram oğlunu vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən xəsarət alan şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.