Bakıda mühafizəçi iş yerində özünü asdı
Bu gün Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, saat 06:50 radələrində Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən “VER” şirkətində mühafizəçi işləyən 1975-ci il təvəllüdlü Heybətov Namiq Arif oğlu özünü asaraq intihar edib.
Xətai rayon sakini olan 41 yaşlı N.Heybətov işlədiyi şirkətin həyətində olan kranın qarmağından özünü asıb. İlkin araşdırmalar zamanı hadisə yerindən hər hansı bir məktub aşkar olunmayıb.
İş yoldaşları isə Namiq Heybətovun növbəyə çıxan zaman özünü normal apardığını, hərəkətlərində hər hansı həyəcan və ya narahatlıq hiss etmədiklərini deyiblər.
Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.