May ayında qeyri-iş günlərinin sayı açıqlandı

May ayında 9 May - Qələbə Günü və 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günlərinin sayı məlum olub.

 

APA-nın məlumatına görə, bu il 9 may bazar ertəsinə, 28 may şənbə gününə təsadüf edir.

 

28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.

 

Beləliklə, may ayında 9 May - Qələbə Günü və 28 May - Respublika Günü ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv