ABŞ səfiri seçki məntəqələrində səsvermə prosesini izləyir

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar Bakıdakı seçki məntəqələrinin birində prezident seçkisini müşahidə edib.

APA-nın verdiyi məlumata görə, səfir Bakıda 20 saylı Nərimanov ikinci Dairə Seçki Komissiyasının 18 saylı məntəqəsində səsvermə üçün yaradılan şəraitlə tanış olub.

Səfir daha sonra müxtəlif partiyalardan olan müşahidəçilərlə söhbət edib, səsvermə prosesinin başlanmasını izləyib.

 

Riçard Morninqstarın digər məntəqələrə də baş çəkəcəyi bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv